Yazını böyüt
Yazını kiçilt
Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə rayon ərazisində “Mack” markalı iki avtomobildən 40 min manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı təhqiqat davam edir.