Avtoyuma məntəqəsində yanğın olub

21:50 07.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda avtoyuma məntəqəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan avtoyuma məntəqəsinin içərisində taxta konstruksiyadan ibarət köməkçi otaq 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Avtoyuma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.