Aydın Mirzəzadə: “Məktəb direktorlarının müavinləri kişilər olsun"

14:22 30.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ali Məktəblərdə gender bərabərliyi fənninin tədris edilməsini təklif edirəm".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.

O bildirib ki, psixoloqlar və hüquqşünaslar bu yöndə dərsliklər hazırlaya bilərlər:

"Orta məktəblərdə kişi müəllimlərin sayı azdır. Problemin qarşısını almalıyıq. Təklif edərdim ki, məktəb direktorlarının müavinləri kişilər olsun.Bu, qanunvericilikdə əks olunmaya bilər. Yaxud, bundan başqa, psixoloqlar da kişi ola bilərlər".