Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb

14:10 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.