Azad edilmiş ərazilərə daha bir səfər olacaq

19:07 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ötən gün media orqanları, QHT rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonunda səfərdə olublar.

 

Hafta.az-ın məlumatına görə, geniş heyətlə azad olunmuş ərazilərə daha bir səfər planlaşdırılır. Bu dəfə səfərə Ağdama gedən heyətdə yer almayan və bunu narazılıqla qarşılayan media nümayəndələri və ictimai fəallar aparılcaq. Səfərin hansı tarixdə baş tutacağı hələlik bəlli deyil.

 

Qeyd edək ki, ötən gün Ağdama təşkil olunmuş səfərdə media və QHT nümayəndələri, ictimai fəallardan ibarət 150 nəfər iştirak edib.