Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birini dəstəkləyib - Sahibə Qafarova

15:03 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olub və bir-birini dəstəkləyiblər.

Hafta.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Parlamentin sədri deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Onun sözlərinə görə, həmçinin Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.