Azərbaycan basketbol yığmaları Gimnaziadaya uğurlu start veriblər

22:30 07.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol yarışlarına start verilib.

Hafta.az xəbər verir ki, Azərbaycanın qız və oğlan yığmaları da mübarizəyə başlayıblar. B qrupunda yer alan qız təmsilçimiz Serbiyanın 2-ci komandasına 18:0 hesabı ilə qalib gəlib.

Tatyana Deniskanın rəhbərlik etdiyi kollektiv 2-ci matçda Rumıniyaya 10:20 hesabı ilə məğlub olub.

Milli sabah Hindistanın 1-ci komandası və Estoniya ilə üz-üzə gələcək. U-15 aprelin 10-da isə Çilinin 2-ci komandası və Ukrayna ilə münasibətlərini aydınlaşdıracaq.

Zaur Paşayevin baş məşqçisi olduğu oğlan yığması isə günün son qarşılaşmasında Meksika ilə qarşılaşıb. Güclü azarkeş dəstəyi altında oynayan komandamız çətin qarşılaşmadan qalib ayrılıb – 11:8.

B qrupunda yer alan oğlan yığmamız sabah Çilinin 1-ci komandası, Benin və Serbiyanın 2-ci komandası ilə oynayacaq. Ayın 10-da isə U-15 millimiz Kosta-Rika və Nepalla qarşılaşacaq.