Azərbaycan deputatları İrəvandakı iclasda

11:12 22.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları başlayıb.

Hafta.az xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.

Qeyd edək ki, deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.