Azərbaycan əhalisinin sayı AÇIQLANDI

14:35 17.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən ölkə əhalisinin sayı 37 766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 218 536 nəfərə çatıb.

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar
təşkil edir.