Azərbaycan əsilli yazıçı vəfat etdi

16:28 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kanadada mühacirətdə yaşayan Azərbaycan əsilli iranlı yazıçı Rza Bərahəni bu gün 86 yaşında Toronto şəhərində vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə yazıçının oğulları Oktay Bərahəni və Ərsalan Bərahəni instaqram hesablarında yazıb.

Qeyd edək ki, R.Bərahəni Cənubi Azərbaycandakı ana dili hərəkatının əsas nümayəndələrindən biri kimi tanınıb. Sonralar yazıçı Kanadada məskunlaşıb və 2001-2003-cü illərdə Kanadanın “Pen Klubu”nun sədri vəzifəsində fəaliyyət göstərib. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan adı namizədlər siyahısından çıxarılıb.