Azərbaycan hələlik Qarabağda rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsi fikrini dəstəkləmir - Hikmət Hacıyev

12:22 16.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hələlik Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə rusiyalı hərbi müşahidəçilərin qoşulması fikrini dəstəkləmir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır:

“Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.