Azərbaycan "işğalçı", Ermənistan "qurban" deyil - UKRAYNA KANALI 7 FAKTI AÇIQLADI

20:15 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın özünü dünyaya "qurban" kimi təqdim edərək Azərbaycanı işğalçı kimi göstərməyə çalışması, bu məsələdə İrəvanın məkrli planlarına qərbdəki bəzi dairələr tərəfindən dəstək nümayiş etdirilməsi hazırda özü də işğala məruz qalan Ukraynada geniş müzakirə mövzusudur. Xüsusilə də, Ermənistanın Ukrayna kimi ona da Qərbdən böyük dəstək verilməsini istəməsi heç də birmənalı qarşılanmır.

Ukraynada 5-ci kanal bu məsələdə müqayisəli təhlil apararaq mövcud reallıqları faktlarla ortaya qoyub:

"Ukraynaya qarşı təcavüz milyonlarla ukraynalı qaçqını didərgin saldığı kimi, Qarabağda azərbaycanlılara qarşı təcavüz də onların bir milyondan çoxunu öz yurd-yuvasını tərk etməyə məcbur edib.

Son vaxtlar ekspert birliyi Azərbaycanla Ermənistan arasındakı vəziyyəti Rusiya-Ukrayna kontekstinə “çəkməyə” çalışır, Azərbaycanı "işğalçı" vəziyyətinə salır, Ermənistan tərəfinə Qərbin dəstəyini tələb etmək hüququ verir.

Sentyabr-oktyabr aylarında erməni diasporunun fəalları, eləcə də bəzi fransız siyasətçiləri və xadimləri Azərbaycanın Rusiya Federasiyası ilə, Ermənistanın isə Ukrayna ilə eyniləşdirilməsini təbliğ etməyə başladılar. Onlar Rusiyanın Ukraynaya təcavüzü ilə Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmaq üzrə hərəkətlərini eyniləşdirməyə çalışırlar. Azərbaycan sentyabrda Ermənistanın torpaqlarını işğal etməkdə ittiham olunur. Amma ekspertlər susurlar ki, münaqişə tərəfləri arasında demilitarizasiyaya dair razılaşma yoxdur, ona görə də kimin ərazisini işğal etdiyini beynəlxalq hüquq əsasında müəyyən etmək mümkün deyil.

Buna baxmayaraq, erməni və fransız xadimləri Azərbaycanın beynəlxalq səviyyədə pislənməsini tələb edir, ona qarşı sanksiyaların tətbiq edilməsini və Ermənistanın Qərb silahları ilə silahlandırılmasını tələb edirlər.

“Ermənistanda baş verənlər Rusiya və Ukraynada baş verənlərlə eynidir...” (Rencontre et Culture Armenienne assosiasiyasının prezidenti Xaçaduryan) .

"Ukrayna üçün ediləni Ermənistan üçün də etmək lazımdır!" (NitsaŞəhər Şurasının üzvü Picard).

"Ukrayna kimi Ermənistana da özünü müdafiə etmək üçün silah lazımdır. Biz Ukraynaya kömək etdiyimiz kimi ona da kömək etməliyik” (Senat üzvü Uzulia).

“Ukraynaya olan bağlılığımız bizi azad etmir, əksinə, Ermənistanı dəstəkləməyə sövq edir...” (Senat üzvü Le Rudulie).

Azərbaycanın da Ukrayna kimi təcavüzkar yox, qurban olmasının 7 faktı.

1. 2014-2022-ci illərdə olduğu kimi Rusiya Federasiyası Ukrayna ərazisinin təxminən 20%-ni işğal edib. 1991-1993-cü illərdə Erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal edib.


2. Şərqi Ukraynanı işğal etmək üçün Donbassın rusiyapərəst separatçılarından istifadə edildiyi kimi, Ermənistan da Rusiya Federasiyasının silahlı qüvvələrinin iştirakı ilə Qarabağda erməni separatçılarına arxalanaraq Azərbaycan torpaqlarını işğal edib.

3. İndi erməni separatçıları Krımın və Donbasın ilhaqından nümunə götürdüklərini gizlətmədən Azərbaycanın bu ərazilərini Rusiya Federasiyasına “birləşdirmək” planları qururlar. Aprelin 14-də Ermənistanın keçmiş baş naziri Baqratyan bəyan edib ki, separatçı anklav “Rusiyanın tərkibinə daxil olmaq istəyir”.

4. Ukraynaya qarşı təcavüzün milyonlarla ukraynalı qaçqının öz yurd-yuvasından didərgin düşməsinə səbəb olduğu kimi, azərbaycanlılara qarşı təcavüz də onların bir milyondan çoxunu evlərini tərk etməyə məcbur etdi. Bu rəqəm BMT Baş Assambleyasının 23 mart 1994-cü il tarixli qətnaməsində yer alıb.

5. Birinci Qarabağ müharibəsində (1991-1993) 17 minə yaxın mülki azərbaycanlı həlak olub; 2020-ci ilin İkinci Qarabağ Müharibəsində 93 mülki şəxs həlak olub. 30 il ərzində Ermənistan silahlı qüvvələrinin basdırdığı minalardan 3345 dinc sakin əziyyət çəkib.

6. Rusiya Federasiyasının Ukrayna şəhərlərinə raket zərbələri endirdiyi kimi, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın 80-dən çox şəhər və kəndini Rusiya raketləri ilə atəşə tutub.

7. Rus işğalçıları Buçada kütləvi qırğın törətdikləri kimi, 1992-ci ilin fevralında erməni silahlı birləşmələri rus hərbi birləşmələrinin iştirakı ilə Azərbaycanın Xocalı kəndində 500-ə yaxın dinc sakini qətlə yetirmişlər.

Bütün bu faktlar BMT, Aİ, ABŞ-ın rəsmi materiallarında sənədləşdirilib. Onlar şahidlik edirlər ki, Azərbaycan Moskvanın köməyi ilə həyata keçirilən “Böyük Ermənistan” layihəsinin qurbanına çevrilib. İndi İkinci Qarabağ müharibəsinin nəticələrinə görə Azərbaycan öz suveren ərazilərini bərpa edir.