Azərbaycan kubokunun finalçıları məlum oldu

22:43 23.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Hafta.az xəbər verir ki, əvvəlcə yarımfinalın cavab matçında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 3 cavabsız qolla qalib gəlib və finala yüksəlib.

Digər oyunda isə "Neftçi" "Sabah"ın qonağı olub. "Sabah" bugünkü görüşdə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra finala yüksəlib. Tarixində ilk dəfə finala yüksələn "Sabah" həlledici görüşdə "Qarabağ"la qarşılaşacaq.

Qeyd edək ki, kubokun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

23 aprel

“Sabah” – “Neftçi” - 1:1 
Qollar: Cesse Sekidika, 23 (1:0), Emin Mahmudov, 40 (1:1)

“Bank Respublika Arena”
İlk oyun - 2:1

“Qarabağ” – “Araz-Naxçıvan” - 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77

Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1