Azərbaycan millisi Gürcüstana məğlub oldu

21:42 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirib.

Hafta.az xəbər verir ki, görüş Tbilisi şəhərindəki İdman Sarayında baş tutub.

Matç gürcülərin qələbəsi ilə yekunlaşıb - 4:2.

Millimiz aprelin 11-də Gürcüstanla yenidən qarşılaşacaq. Aprelin 13-ü və 15-də isə Qazaxıstanla görüşlər keçiriləcək.

Gürcüstan – Azərbaycan - 4:2

Qollar: Vaxtanq Jvaraşvili, 4:48, Janiko Giorgia, 5:06, İrakli Todua, 30:34, Nikoloz Kurtanidze, 38:51 // Nihad İsmayılov, 22:18, Kənan Manafov, 38:41