Azərbaycan minifutbol millisi dünya çempionatının finalına yüksəldi

21:25 30.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin matçları oynanılıb.

Hafta.az xəbər verir ki, Azərbaycan millisi Monteneqronu qəbul edib.

Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da millimiz dünya çempionatının finalına yüksəlib. Komandamızın heyətində qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurub. 

Dünya çempionatı - 1/2 final

Azərbaycan - Monteneqro - 2:1