Yazını böyüt
Yazını kiçilt
Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının final oyunu keçirilib.
Hafta.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib.
Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da millimiz tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.