Azərbaycan Müdafiə Nazirliyi: Su-25 təyyarəmiz vurulmayıb

11:07 14.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bu barədə hafta.az-a Müdafiə nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir:

"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb".