Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir - VİDEO

14:52 26.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.