Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Hafta.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilir.