Azərbaycan prezidenti Türkiyə ilə İsraili barışdırır

11:28 25.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsraildə yayımlanan "Walla" xəbər portalı Azərbaycan-Türkiyə qardaşlığından İsrailin faydalana biləcəyinə dair xəbər dərc edib.

Hafta.az-ın yazdığına görə, həmin xəbərdə deyilir ki, Azərbaycan İlham Əliyev, Türkiyə ilə İsrail arasında mövcud olan soyuq münasibətləri aradan qaldırmaq və bu iki ölkəni dostlaşdırmaq üçün vasitəçilik edəcək. Xəbərə əsasən, Azərbaycanın dövlət başçısı artıq bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğana telefon söhbəti zamanı təklifini verib və hətta müsbət cavab da alıb. Xəbər portalı məlumatı dəqiqləşdirmək üçün israilli diplomatik mənbələrə sorğu ünvanlayıblar və qarşı tərəf sualı inkar etməyib. Bildirilib ki, Türkiyədən hələlik müsbət cavab gözləyirlər. Əgər Ankaradan müsbət münasibət görsələr, Təl Əviv hökuməti birmənalı şəkildə əlaqələrin bərpasına razı olacaq. 

İsrailin diplomatik mənbələri sayta deyiblər ki, hazırda, necə deyərlər, münasibətlərin normallaşmasının açarı Ərdoğandadır, razı olsa Təl Əviv sevinərək cavab verəcək. Bununla yanaşı, israilli diplomatlar deyiblər ki, hətta Ərdoğan bu məsələyə müsbət yanaşsa belə, əlaqələrin normallaşmasının gələn il martın 23-də İsraildə keçiriləcək seçkilərdən əvvəl baş verəcəyini gözləmirlər.