Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

15:45 28.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən Hafta.az-a verilən məlumatda deyilir ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.
İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların icrası məmnunluqla vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.