Azərbaycan və ABŞ arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik -XİN

15:50 04.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd edilib.

“4 iyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - paylaşımda qeyd edilib.

Siyasət rubrikasından digər xəbərlər