Azərbaycan və Polşa turizm təşkilatları arasında memorandum imzalanıb

13:55 28.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün Heydər Əliyev hava limanında "LOT Polish Airlines" aviaşirkətinə məxsus ilk təyyarə Varşava - Bakı marşrutu üzrə müntəzəm uçuş əlaqəsinə başlayıb.
 
 
Hafta.az-ın yazdığına görə, Polşanın turizm cəlbediciliyini təbliğ etmək məqsədilə Polşanın ölkəmizdəki Səfirliyi tərəfindən PLL LOT, Polşa Turizm Təşkilatı, Polşa Turizm Palatasının və Polşa turizm agentliklərinin nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Ev sahiblərini Azərbaycan Səyahət Agentlikləri Assosiasiyası, Azərbaycanın turizm agentliklərinin və day.az portalının nümayəndələri təmsil ediblər.
 
 
Görüş zamanı Polşa Turizm Palatası və Azərbaycan Səyahət Agentlikləri Assosiasiyası arasında iki ölkə arasında turist axınının artırılmasına yönəlmiş birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
Oxunma sayı 406