Azərbaycan və Türkiyə XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

18:51 25.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Hafta.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan-Türkiyə əlaqələrini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Siyasət rubrikasından digər xəbərlər