Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçirilir.
Hafta.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, 10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesində iştirak edir:
"Prezidentin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşdırma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb".