Azərbaycanda ölüm halı azalıb

13:38 16.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15645 ölüm halı qeydə alınıb.

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.

 

Qeyd edək ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.