Azərbaycanda orta ömür uzunluğu 80 ildir?

11:10 02.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Ümumdünya Əhali Prospektlərinə görə, Monako dünyada ən yüksək orta ömür uzunluğuna malikdir. Bu il ölkədə doğulan uşaq 87 yaşa qədər yaşaya bilər.

Hafta.az-ın yazdığına görə. gözlənilən ömür uzunluğu gələcəkdə bütün yaşlarda ölüm göstəricilərinin sözügedən ildə olduğu kimi qalacağı fərziyyəsi ilə proqnozlaşdırılan orta ömür uzunluğudur.

Orta ömür uzunluğuna görə ilk on ölkənin siyahısına San Marino (86 yaş), Honq-Konq, Yaponiya, Cənubi Koreya və Sent-Bartelemi (85 yaş), Andorra, Fransız Polineziyası, İsveçrə və Avstraliya (84 yaş) daxildir.

Regional olaraq ən yüksək ömür uzunluğu Qərbi Avropa ölkələrində müşahidə olunur. Şərqi Avropada isə bir qədər aşağıdır.

Keçmiş SSRİ respublikalarından Azərbaycanda bu il doğulan uşaq 80 yaşa qədər yaşaya bilər.

Bir sıra Afrika ölkələrində gözlənilən ömür uzunluğu 60 ildən azdır və ən aşağı ömür uzunluğu məhz Nigeriyadadır - 55 il.