Mərkəzi Afrika ölkəsi olan Çadın lideri Məhəmməd İdris Debi İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Hafta.az-ın yazdığına görə, 5 il əvvəl iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Çad lideri Debinin bu gün İsraildəki səfirliyinin açılışını edəcəyi bildirilir. Səfirlik binasının İsrailin hansı hissəsində yerləşəcəyi hələlik məlum deyil.
Çad lideri Debi İsrailə səfəri zamanı Netanyahuya deyib ki, iki ölkə münasibətlərdə dönüş nöqtəsindədir. Digər tərəfdən Debi, İsraillə münasibətlərin normallaşmasından bəri Çadın beynəlxalq arenada İsrailə həmişə və qətiyyətlə diplomatik və siyasi dəstək verdiyini bildirib.
Çad prezidenti səfəri çərçivəsində İsrail polisinin himayəsi altında Məscidül-Əqsada namaz qılıb.
Qeyd olunur ki, İsrail ilə Çad arasında münasibətlərin normallaşması və inkişafında Mossad və Çad kəşfiyyat xidmətlərinin rolunun böyük olduğu bildirilir. Artıq Çadın lideri Debi normallaşma prosesinə verdikləri töhfələrə görə hər iki kəşfiyyat orqanına təşəkkürünü bildirib.
İsrail Çadla münasibətlərinin normallaşması və inkişafının digər Afrika ölkələrinə nümunə olmasını istəyir.