Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

23:23 23.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Hafta.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə - Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq.

İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.