Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğal siyasəti tək son 30 ildə baş verən hadisələrlə məhdudlaşmır.
Ermənilərin Qafqaza - Azərbaycan torpaqlarına köçürülməsi düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsidir. Bütün bu “tarixi hadisələr” Azərbaycan xalqının və Azərbaycan mədəniyyətində misli görünməmiş və faktiki olaraq aramsız repressiyalarla müşayiət olunur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev “Həftə içi”nə müsahibəsində maraqlı məqamlara diqqət çəkib.
İrəvanın ədəbi-mədəni, ictimai-siyasi mühitinin dəyişdirilməsi tarixinə diqqət çəkən Cəlal müəllim erməni vandallığını, vəhşiliyini tarixi faktlarla xarakterizə etməklə, Azərbaycana qarşı yönələn çirkin siyasəti də qeyd edib:
“Azərbaycanın qədim mədəniyyətə və zəngin ədəbi irsə malik olan şəhərlərindən biri də İrəvan olub. Buna baxmayaraq, 1918-1920-ci illərdə ermənilərin Qərbi Azərbaycanda apardıqları soyqırımı siyasəti nəticəsində əvvəllər ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan İrəvan ədəbi mühiti də dərin tənəzzülə uğramış, onun bir sıra nümayəndələri soyqırımına və deportasiyaya məruz qalmışlar. Nəticədə, İrəvan ədəbi mühitinin aparıcı simalarının bir qismi cismani şəkildə qəddarcasına məhv edilmiş, bir qismi isə ölümdən canını qurtarmaq üçün Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmağa məcbur olmuşlar. Yeri gəlmişkən onu da qeyd edim ki, hələ Çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firidun bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov və başqa qabaqcılfikirli ziyalıların da böyük xidmətləri olmuşdur.
Bütün bunlara baxmayaraq, etiraf etmək lazımdır ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulması bütün çatışmazlıqlarına baxmayaraq, İrəvan ədəbi mühitinin bərpasına dar çərçivədə rəvac vermişdir. Bəzən gizli, bəzən də açıq şəkildə özünü büruzə verən erməni şovinizmi əhatəsində bu proses heç də asan olmamışdır. Qeyrətli azərbaycanlı ziyalılar Bala Əfəndiyev, Mustafa Hüseynov, Miryusif Mirbabayev, Rza Vəlibəyov, Mehdi Kazımov, Əkbər Rzayev, Həbib Məhəmmədzadə və başqaları ədəbi mühitin bərpasında, inkişafında fədakarlıq göstərmiş siyasi və milli iradə nümayiş etdirmişlər”.
Ekspert İrəvanda ədəbi mühitlə yanaşı, erməni şovenizmi əhatəsində milli maarifçiliyin inkişafı ilə bağlı faktlara da toxundu. Qeyd etdi ki, İrəvanda Azərbaycan maarifi və təhsilindən söhbət açmaq üçün buradakı milli məktəblərin keçdiyi yola nəzər salmaq vacibdir:
“Hər şeydən əvvəl onu qeyd edim ki, İrəvanda Azərbaycan məktəbinin tarixi 1830-cu illərdən başlanır. 1832-ci ildə İrəvanda ilk qəza məktəbi açılmışdır ki, bu məktəbin də 1836-cı ildə azərbaycanlı şöbəsi təşkil olunmuşdur. XIX əsrin sonlarından başlayaraq, İrəvanın maarifpərvər ziyalıları yenitipli məktəblər təşkil etməyə başladılar. Bu tipli məktəblər 1880-ci ildə Uluxanlıda, 1882-ci ildə isə İrəvanda təşkil edildi. Bu tipli dünyəvi məktəblərin sayı durmadan artırdı. Təəssüf ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi total qırğınlar zamanı dünyəvi məktəblərin fəaliyyəti də dayandırıldı.
1920-ci ildən sonra isə Ermənistanda yeni tipli sovet məktəbləri fəaliyyətə başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra istər İrəvanda, istərsə də bölgələrdə doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi. Həmin məktəblərin idarə olunması, müəllim kadrları ilə bağlı meydana gələn problemlər isə çox vaxt öz həllini tapmırdı.
Məktəblər fəaliyyət göstərsə də, müəllim kadrları yox idi. 1925-1930-cu illərdə Azərbaycanın müxtəlif yerlərindən İrəvana və azərbaycanlılar yaşayan digər bölgələrə gedib dərs deyirdilər. Azərbaycanlı müəllimlərə erməni şovenist dairələri tərəfindən lazımi şərait yaradılmırdı. Onlar da bu şəraitsizliyə dözməyib İrəvanı tərk etməyə məcbur olurdular. Bir sözlə, ermənilərin məkrli siyasəti ondan ibarət idi ki, hansı yolla olursa-olsun, Azərbaycan maarifinin, təhsilinin inkişafının qarşısını alıb inkişaf prosesini ləngitsinlər.
Yeri gəlmişkən onu qeyd edim ki, 1918-20-ci illərdə İrəvanda və yerlərdə azərbaycanlılara qarşı törədilən qətliamlar zamanı yaşlı nəslə mənsub ziyalı demək olar ki, qalmamışdı. Nəsillər arasında sələf-xələf münasibətləri tamamilə qırılmısdı”.
Cəlal müəllim daha sonra bildirdi ki, istər Çar Rusiyası dövründə, istərsə də inqilabdansonrakı dövrdə daşnakların Azərbaycan və azərbaycanlılara qarşı şovinist siyasəti heç vaxt dəyişməyib:
“1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasına baxmayaraq, daşnaklar bolşevizm pərdəsi altında azərbaycanlılara qarşı öz məkirli işlərini davam etdirirdi. Çar Rusiyası dövründə daşnakların top, tüfəng, qılıncla kəsdikləri başları sonralar bolşevik pərdəsi altında sapla, iplə kəsirdilər”.
Tarixi faktlara istinad edən Cəlal Allahverdiyev, əslində, bolşeviklərlə daşnaklar arasında heç bir fərq olmadığını deyir:
“İrəvanda, bütövlükdə indki Ermənistanda əhalinin əsas hissəsini 1918-ci ilə qədər azərbaycanlılar təşkil edirdi. Siz təsəvvür edin ki, 1922-ci ildə o yerlərin əsas sakinləri artıq öz dədə-baba torpaqlarında azsaylı xalqlar statusunda yaşamağa başladılar. Ermənistan bolşevik hakmiyyəti xaricdə oturan ermənilərin proqramı ilə idarə olunurdu. 1920-ci ildən sonra hakimiyyətə gələn ermənilər də daşnakların proqramı ilə hərəkət edirdilər. 1919-cu ildə qədim Azərbaycan torpağı olan İrəvanda barmaqla sayılacaq qədər azərbaycanlı qalmışdı. Kənar bölgələrdə yaşayan azərbaycanlılar belə İrəvanı tərk etmək məcburiyyətində qalmışdılar. 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların bir qismi evlərinə, torpaqlarına geri qayıtdı. Geri döndükdə evlərinin xaricdən gətirilən ermənilər tərəfindn zəbt olunduğunu gördülər. Azərbaycanlıların çoxu evlərinin zəbt olunduğunu görüb geri qayıtmağa, bəziləri isə yenidən geri qayıtmağa məcbur olmuşdular. Bir qismi isə həmin ərazilərdə özünə daxmalar tikib yaşamağa məcbur olurdu”.
Onun sözlərinə görə, müxtəlif ölkələrin dahi insanlarının erməni xalqının iyrəncliyi ilə bağlı fikirləri var. Onlar erməniləri simasını itirmiş bədheybət məxluqa bənzədiblər. İkili baxışlar var. Hətta Stalin o vaxtlar belə bir ifadə işlətmişdi ki, ermənilər bizim ərköyün balalarımızdır. İndi Stalinin ərköyün balaları bizim başımıza bəla olublar: “Bu gün bilməliyik ki, qonşumuz riyakar ermənidir. Allah xalqımızı qorusun və yeni yaranan Turan dünyasını qorusun. İnanıram ki, yeni dünya düzənində bizim riyakar düşmənlə münasibətlərə tamamilə yeni bir görkəm veriləcək”.