Azərbaycanın qeyri-neft ixracı 44% artıb

18:47 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İxrac icmalı” nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2%, şəkər 29,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3%, artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln ABŞ dolları olub. 2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon ABŞ dolları təşkil edib.

Oxunma sayı 27