Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

19:24 06.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edib.

Hafta.az xəbər verir ki, komandamız yarışı 10 medalla başa vurub.

Son görüşlərdə Xəyal Şükürlü (68 kiloqram), Elvin Nəcəfzadə (75 kiloqram) və Tural Eynullayev (85 kiloqram) bürünc medallar qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram), İbrahim Həsənov (44 kiloqram) qızıl, Hüseyn Rzazadə (41 kiloqram), Fərid Hüseynli (52 kiloqram), Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov isə (57 kiloqram) bürünc medallara yiyələniblər.