Azərbaycanın stolüstü tennis millisi beynəlxalq yarışın qalibi olub

15:30 26.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından hafta.az-a verilən məlumata görə, U-13 yaş kateqoriyasında mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.

Azərbaycan millisi beynəlxalq yarışa 16 idmançı ilə qatılıb.

Turnirə oktyabrın 27-də yekun vurulacaq.