Azərbaycanla BMTSİT arasında Əməkdaşlıq Çərçivəsi təsdiq edilib - FƏRMAN

15:26 02.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi”nin təsdiq edilməsi haqqında qanunda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il noyabrın 14-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Çərçivəsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərsin.

Siyasət rubrikasından digər xəbərlər