Azərbaycanlı tələbə faciəvi şəkildə ÖLDÜ

23:18 31.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Samsun şəhərində 19 yaşlı azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.

Hafta.az xəbər verir ki, oktyabrın 30-da təcili yardım avtomobili N.Kazımlının idarə etdiyi motosikletlə toqquşub. Ağır xəsarətlər alan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Təcili yardım maşınının sürücüsü saxlanılıb.

Nicat Ondokuz Mayıs Universitetinin stomotologiya fakültəsində təhsil alırdı.