“Azəriqaz” İstehsalat Birliyinə yeni mətbuat katibi təyin olunub

12:58 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Uzun illər televiziyada fəaliyyət göstərmiş Eldəniz Vəliyev “Azəriqaz” İstehsalat Birliyininin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin “Facebook” hesabında bildirib.

“İnanıram ki, bu təyinat “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq. İctimaiyyətə daim açıq olan “Azəriqaz” İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq. İnanıram ki, bugünkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq”, - R. Əliyev qeyd edib.

Oxunma sayı 987