“Azəriqaz” rəhbəri vətəndaşlarla görüşəcək

12:18 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.

 

Bu barədə hafta.az-a Birlikdən məlumat verilib.

 

Bildirilir ki, aprelin 25-də saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.