“Azəriqaz”ın baş direktoru Gədəbəy sakinləri ilə görüşəcək

14:33 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək.

İB-dən hafta.az-a bildirilib ki, avqustun 1-i saat 11:00-da Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Gədəbəy və Şəmkir sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinə (tel: 022 326-00-88) müraciət edə bilərlər.