Babək Ələkbərov və Zaur Zeynalova general-mayor rütbəsi verilib

14:39 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezident İlham Əliyev polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova da “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır.

Zaur Zeynalov isə DSX Əməliyyat Axtarış Baş İdarəsinin rəisidir.

Siyasət rubrikasından digər xəbərlər