Bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb

11:50 08.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən illərdən bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb.

Bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, hazırkı tarixə qədər 26 nəfər barəsində 21 nəfərin cinayət işinin istintaqı başa çataraq məhkəməyə göndərilib.

“Artıq 15 iş üzrə ittiham hökmü çıxardılıb. Onlardan 1 nəfər barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası məhkəmə tərəfindən verilib. Xüsusilə qeyd edim ki, icraatımızda olan bağlı qalan cinayət işlərinin 20 faizinin peşəkar əməkdaşlarımız tərəfindən üstü açılıb”, - deyə o, əlavə edib.