“Ölkə üzrə əmək pensiyaçıları arasında qadınlar 56%, kişilər isə 44% təşkil edir”.
Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisdə verdiyi hesabatda deyib.
Komitə sədri eyni zamanda bildirib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 7,5%, kişilərin əmək haqqı isə 8,5% təşkil edib. 2023-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 735,7 manat, kişilər üçün bu göstərici 1069,3 manat təşkil edib.
Komitə sədri söyləyib ki, 2024-cü ildə işsiz şəxs kimi qeydiyyata alınanların 47,5% qadın, 52,5% kişi təşkil edir. İşlə təmin olunanların 34,4% qadın, 65,6% kişi, özünüməşğulluq proqramına cəlb olunanların 42,5% qadın, 57,5% kişi təşkil edib.