Bakı-Ələt-Qazax magistralında avtobus minik avtomobili ilə toqquşub

11:10 07.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Hafta.az xəbər verir ki, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Oxunma sayı 125