Bakı Limanının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

10:22 09.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Bakı Limanının bir qrup əməkdaşı Qızıl qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.

Bakı Limanından hafta.az-a bildirilib ki, Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürən yürüş boyunca iştirakçılar Qızıl qaya massivinin ətəyində yerləşən düşərgədə gecələyib, relyef və iqlim şəraitinin sərt, mürəkkəb olmasına baxmayaraq zirvəyə uğurla qalxa biliblər.