Bakı sakini dostu tərəfindən bıçaqlanıb

10:02 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Gülbala Əliyev küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Məmmədov Səfa Səfalı oğlu dostu Ceyhun adlı şəxslə mübahisə edən zaman bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.