Yazını böyüt
Yazını kiçilt
Bakı şəhər sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə noyabrın 5-də paytaxt sakini Y.Hacıməmmədovanın bank hesabından 785 manat pulunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev müəyyən edilərək tutulub.