Bakı və Abşeronda tozlu hava davam edir

20:11 26.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasının artaraq normadan 1.5-1.7 dəfə çox olduğu müəyyən edilib.

Bu barədə hafta.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

O bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: “Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.