Mediada yayılan məlumatlardan bəlli olub ki, separatçı rejim mənsubları sabah rəsmi Bakı və Xankəndindəki erməni nümayəndələri arasında Bratislavada keçiriləcəyi iddia olunan görüşün baş tutmayacağını bildiriblər.
Hafta.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə erməni siyasətçi, qondarma "artsax prezidenti" yanında “böhran şurası”nın sədri Tiqran Petrosyan danışıb. O iddia edib ki, Azərbaycan tərəfi heç bir izahat vermədən bu görüşdən imtina edib.
Xatırladaq ki, dünən -iyulun 30-da hafta.az Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında Avropa ölkələrindən birində müzakirələrin olacağı barədə erməni siyasətçi Arman Babacanyan tərəfindən iddia ortalığa atılması haqda xəbər yaymışdı. Lakin həqiqətə uyğun olmayan bu iddia Azərbaycan tərəfindən təsdiqlənməmişdi.
“Hraparak”ın yaydığı bu dəfəki məlumatda isə bəhs edilən görüşün Yevlax şəhərində baş tutacağı iddia olunur.
“Düşünürəm ki, sabah və ya sabah İrəvana xarici nümayəndələr gələcək, müəyyən müzakirələr aparılacaq. Daha sonra Qərblə hansı müzakirələrin aparıldığı, hansı təkliflərin irəli sürüldüyü təqdim olunacaq. Moskva hazırda görüş üçün Yevlağa getməyi təklif edir”, - deyə T.Petrosyan bildirib.