Bakıda 12 nəfər yıxılaraq bədən xəsarətləri alıb

11:41 24.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 12 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından hafta.az-a verilən xəbərə görə, bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.