Bakıda 19 yaşlı qız itkin düşdü

22:20 25.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gənc qız itkin düşüb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 34-də yaşayan 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı oktyabrın 21-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.