Bakıda 5 aptekdə nöqsanlar aşkarlandı

17:10 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin iyul ayı ərzində apteklərdə aparılan təftişlər haqqında məlumatı təqdim edir.

Bu barədə hafta.az-a mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə ümumilikdə 29 aptekdə yoxlama aparılıb. 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.

Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.